"Keşlə" "Qəbələ"ni büdrətdi

"Keşlə" "Qəbələ"ni büdrətdi
Bu gün Topaz Premyer Liqasında XX tura start verilib. Fanat.Az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən öncəki son tutun ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda "Keşlə" "Qəbələ”ni qəbul edib. Bu oyunla bağlı əsas diqqətçəkən məqam ukraynalı mütəxəssislərin dueli olması idi. Belə ki, qışda paytaxt klubunun "sükanı arxası”na keçən Yuri Maksimov Azərbaycan karyerasında ilk dəfə həmyerlisi Roman Qriqorçukla üz-üzə gəlib.
90 dəqiqə ərzində qapılara iki qol vurulub. Hər iki qolu "Qəbələ"nin futbolçuları vursa da, komandalar meydandan bir xalla ayrılıb. Belə ki, 32-ci dəqiqədə hesabı açan Baqali Dabo mövsümün 12-ci qolunu vurub. 59-cu dəqiqədə isə Voislav Stankoviç qapıları səhv salaraq, komandasının xal itkisinə səbəb olub.
 
Qeyd edək ki, turun 3 oyunu sabah keçiriləcək. "Sumqayıt" "Kəpəz"i, "Neftçi" "Qarabağ"ı, "Zirə" "Səbail"i qəbul edəcək. 
 
Premyer Liqa
2017/18 mövsümü
III dövrə, XX tur
13 mart
Keşlə - Qəbələ 1:1
Qollar: Voislav Stankoviç, 59 (avtoqol) - Baqali Dabo, 32.
Keşlə: 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 2. Sertan Taşkın, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 21. Herve Tçami, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 7. Vaqif Cavadov, 9. Pərdis Fərcad-Azad, 19. Pablo Podio, 22. Məqsəd İsayev, 40. Nemanya Stoyanoviç, 66. Murad Qayalı, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna, 39. Əlibəy Məmmədli.
Baş məşqçi: Yuri Maksimov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov (k), 15. Vitali Vernidub, 16. Omar Malone, 19. Filip Ozobiç, 34. Urfan Abbasov.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 28. Stiven Monroz, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 33. Təmkin Xəlilzadə, 45. Famussa Kone, 74. Yusif Nəbiyev, 89. Abbas Ağazadə.
Baş məşqçi: Roman Qriqorçuk.
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Elvin Əsgərov .
AFFA nümayəndəsi: Zamiq Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
İlk iki dövrədəki oyunlar - 1:2, 0:3.
"İnter Arena”.
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

19

15

3

1

30:7

48

2

Qəbələ

20

12

3

5

34:20

39

3

Zirə

19

9

5

5

27:19

32

4

Sumqayıt

19

9

4

6

24:20

31

5

Neftçi

19

8

2

9

24:22

26

6

Səbail

19

5

2

12

13:27

17

7

Keşlə

20

4

4

12

17:32

16

8

Kəpəz

19

3

1

15

12:34

10

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 12.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər