Azərbaycanlı hakim İslandiya - Estoniya matçına təyinat aldı

Azərbaycanlı hakim İslandiya - Estoniya matçına təyinat aldı
Azərbaycanlı hakim Rəhim Həsənov UEFA-dan təyinat alıb.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA referisi 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-cı qrupunda İslandiya-Estoniya oyununun baş hakimi olacaq. 
Ona Yaşar Abbasov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 6-da keçiriləcək İslandiya-Estoniya matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər