Azərbaycanlı hakim Belçika - İspaniya matçında

Azərbaycanlı hakim Belçika - İspaniya matçında

Azərbaycanlı laynsman Rza Məmmədov İngiltərədə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatının final mərhələsində daha bir təyinat alıb.

 

 

Fanat.Az xəbər verir ki, FİFA referisi köməkçisi 1/4 final mərhələsində Belçika - İspaniya oyununda yan xətt hakimi funksiyasını yerinə yetirəcək. O, baş irlandiyalı referi Rob Harveyə yardım edəcək. 

 

 

Belçika - İspaniya matçı bu gün Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər