Azərbaycanlı hakim AÇ-də Ermənistanın yer aldığı qrupa təyinat aldı

Azərbaycanlı hakim AÇ-də Ermənistanın yer aldığı qrupa təyinat aldı
Qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb. 
Fanat.Az Azərbaycan Futzal Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, FIFA referisi Yusif Nurullayev avqustun 20-dən 24-dək Moldovanın paytaxtı Kişineuda keçiriləcək C qrupunun oyunlarını idarə edəcək. 
Qeyd edək ki, bu qrupda ev sahibi Moldova ilə yanaşı, Belarus və Ermənistan yığmaları da yer alıb.  
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər