Çernoqoriya çempionatında 20-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı müdafiəçi Tural Hümbətovun bu qış anlaşdığı "Deçiç” də növbəti oyununa çıxıb. "Mladost”la rəqib meydanında üz-üzə gələn Hümbətovun komandası 0:2 hesabıyla uduzub. Tural bu görüşdə debüt etmək imkanı qazanmayıb.
Qeyd edək ki, "Deçiç” turnir cədvəlində 15 xalla 10 iştirakçı arasında sonuncudu.
Fanat.Az