Azərbaycanlı futbolçuların komandasından heç-heçə

Azərbaycanlı futbolçuların komandasından heç-heçə

Latviya çempionatında 6-cı turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Riqa” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Start heyətdə meydana çıxan Ramin 63-cü dəqiqədə əvəzlənib. Nazim isə sonadək ehtiyatda qalıb.

Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər