Azərbaycanlı futbolçuların komandası səfərdən xalsız döndü

Azərbaycanlı futbolçuların komandası səfərdən xalsız döndü

Latviya çempionatında 8-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Liepaya” ilə qarşılaşıb. Futbolçularımızın komandası meydanı məğlubiyyətlə tərk edib - 0:1.

Nazimin adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib. Ramin isə 90 dəqiqə meydanda olub.

Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.

Futbolçularımızın komandası hazırda 5 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər