Azərbaycanlı futbolçular Türkiyədə üz-üzə gəldilər

Azərbaycanlı futbolçular Türkiyədə üz-üzə gəldilər

Futbol üzrə Türkiyə 1-ci liqasında 11-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Namik Ələsgərovun formasını geyindiyi “Bursaspor” Vüsal İsgəndərlinin komandasını – “Keçiörengücü”nü qəbul edib. 

Oyun Bursa təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.   Azərbaycanlı futbolçular da bu matçın iştirakçısı olublar. Onların hər ikisi start "11-lik"də meydana çıxıb. Namik 73, Vüsal isə 74-cü dəqiqədə əvəzlənib. İsgəndərli 53-cü dəqiqədə sarı vərəqə alıb.   “Bursaspor” 11 turdan sonra 14 xalla 19 kollektiv arasında 7-ci, “Keçiörengücü” isə 7 xalla 18-ci pillədə mövqe tutub.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər