Azərbaycanlı futbolçular Türkiyədə legioner sayılmayacaq - Yeni qərar

Azərbaycanlı futbolçular Türkiyədə legioner sayılmayacaq - Yeni qərar

Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin iclası keçirilib. 

Fanat.Az xəbər verir ki, yığıncaqda yeni mövsümlə bağlı müzakirə aparılıb və tətbiq olunacaq yeni qərarlar açıqlanıb.

Bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb. 

Yeni qərara əsasən, Türkiyə Super Liqasında 2023-2024-cü illər mövsümündə legioner limiti ilə bağlı dəyişiklik edilib. 

Bəyanatda bildirilir ki, klublar əsas heyətdə yer alan 8 yerli  futbolçu ilə yanaşı,  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan vətəndaşı olan 1 futbolçu ilə müqavilə bağlayıb qeydiyyatdan keçirə bilərlər.

Qeyd edək ki, Super Liqada yeni mövsüm avqustun 11-də başlayacaq.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər