Azərbaycanlı futbolçular Rusiya klubuna qələbə qazandırdılar

Azərbaycanlı futbolçular Rusiya klubuna qələbə qazandırdılar

Futbol üzrə Rusiya Milli Futbol Liqasında 35-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Əliyev və vaxtilə aşağı yaş qruplarından ibarət millilərimizdə çıxış etmiş Davud Qarayevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Voronej “Fakel”i ilə qarşılaşıb və oyundan qalib ayrılıb – 2:1.

Kamran 46-cı dəqiqədə meydana buraxılıb. Komandasının ilk qolunu da azərbaycanlı hücumçu vurub. Əliyev 71-ci dəqiqədə fərqlənməklə hesabı bərabərləşdirib.

David isə 90 dəqiqə meydanda olub. Xabarovskluların qələbə qolunu da 90+2-ci dəqiqədə məhz Qarayev vurub.

“SKA-Xabarovsk” 35 turdan sonra 59 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər