Azərbaycanlı futbolçudan Latviyada növbəti qol

Azərbaycanlı futbolçudan Latviyada növbəti qol

Latviya çempionatında 3-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Super Nova” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyunda mövsümdəki ilk qələbəsini qazanıb – 3:0.

Start heyətdə meydana çıxan Ramin 27-ci dəqiqədə vurulan ilk qol zamanı məhsular ötürmə olub, 77-də isə özü rəqib qapısına yol tapıb. O, 89-cu dəqiqədə əvəzlənib. Nazim isə eyni dəqiqədə meydana buraxılıb.

Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər