Milli komandamızın üzvü Rüstəm Əhmədzadənin forma geyindiyi "Minay" klubu yenidən Ukrayna Premyer Liqasında çıxış edə bilər.
Fanat.Az xəbər verir ki, son mövsümün sonunda aşağı liqaya düşən "Minay"ın "Olimpik"i əvəz etməsi gözlənilir. Belə ki, "Olimpik" klubunda maliyyə problemi yaranıb və yüksək liqaya buraxılmayıb.
Rüstəm Əhmədzadə komandasının Premyer Liqaya mümkün qayıdışını şərh edib. Futbolçumuz elitada oynamağa layiq olduqlarını və bunu sübut edəcəklərini bildirib: "Komandanın güclənməsi üçün transfer bazarında ciddi işləmək lazımdır. Ümid edirəm ki, yeni mövsümə tam hazırlaşmaq üçün kifayət qədər vaxtımız olacaq".
Qeyd edək ki, ötən mövsümün sonunda "Minay"dan ayrılan Azərbaycan millisinin digər futbolçusu Anatoli Nuriyev "Kolos"a keçib.