Azərbaycanlı futbolçu yenidən Ukrayna klubunda

Azərbaycanlı futbolçu yenidən Ukrayna klubunda

Azərbaycan millisinin sabiq üzvü Pavel Paşayevin yeni klubu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, 33 yaşlı müdafiəçi Ukraynanın I liqa təmsilçisi "VPK-Arqo" klubuna keçib. Futbolçusunun müqaviləsinin detalları açıqlamayıb.

Qeyd edək ki, indiyədək Ukraynanın "Dnepr", "Krivbas", "Karpatı", "Metallurq", "Stal", "Aleksandriya" və Azərbaycanın "Qəbələ" klublarında çıxış edib. Müdafiəçi 2015-2020-ci illərdə Azərbaycan millisinə dəvət alıb (21 oyun). 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər