Azərbaycanlı futbolçu: "Rusiyada qalanlar əsl kişilərdir!"

Azərbaycanlı futbolçu: "Rusiyada qalanlar əsl kişilərdir!"

Tula "Arsenal"ının yarımmüdafiəçisi Ayaz Quliyev Rusiyanın Ukraynaya hücumu səbəbindən Rusiya Premyer Liqasını tərk edən legionerlərdən danışıb.

Fanat.Az xəbər verir ki, "İzvestiya" Azərbaycan əsilli futbolçunun söylədiklərini belə çatdırıb:

"Biz bu məsələni ara-sıra öz aramızda müzakirə edirik. İstənilən halda, Rusiyada qalanlar əsl kişilərdir! Başqa nə deyim? Yalan danışmayacam, Zuriko Davitaşvili heç komanda ilə vidalaşmadı".

Qeyd edək ki, Ayazın Azərbaycan millisinə çağırılması AFFA-nın əsas hədəflərindən olsa da, futbol qurumu müxtəlif şərtlər irəli sürən oyunçu ilə ortaq məxrəcə gələ bilmir. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər