Azərbaycanlı futbolçu qazandığı penaltini vurmadı

Azərbaycanlı futbolçu qazandığı penaltini vurmadı

Həmyerlimiz Valeh Seyidovun formasını geyindiyi "Louletano” növbəti oyununu keçirib.

 

Fanat.Az xəbər verir ki, Portuqaliyanın 2-ci liqasında mübarizə aparan Valehin komandası "Kastrense”ni 4:1 hesabı ilə yenib.

 

Bu qələbə sayəsində 16 komandanın mübarizə apardığı yarışda 7-ci pillədə möhkəmlənən "Louletano”nun uğurunda Valehin də rolu olub. Oyunun sonlarında meydana daxil olan Seyidov fərdi reyddən sonra penalti qazanıb. Zərbəni yerinə yetirməyi komandanın bombardiri Xuan San Martinə etibar edən həmyerlimiz, beləliklə, onun het-trik müəllifi olmasına da yardım edib.

 

Xatırladaq ki, "Louletano” hazırda 28 turdan sonra 41 xal toplayıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər