Azərbaycanlı qapıçı Eldar Tağızadə Fransanın gənclər liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Eldarın formasının geyindiyi "Klermon"un U-19 komandası səfərdə liderlə - "Olimpik Lion"la üz-üzə gəlib.
Görüş 3:3 hesablı bərabərliklə bitib. Azərbaycanlı qolkiper 90 dəqiqə meydanda olub.
Hazırda 20 xalı olan "Klermon" turnir cədvəlində 9-cu pillədədir.