Azərbaycanlı futbolçu Nepal klubundan ayrıldı

Azərbaycanlı futbolçu Nepal klubundan ayrıldı
Azərbaycanlı futbolçu Nurlan Novruzov Nepalın "Lalitpur Siti" klubundan ayrılıb.
Fanat.Az-ın məlumatına görə, 28 yaşlı hücumçu bu barədə "Facebook"da paylaşım edib.
O, hər şey üçün kluba təşəkkür etdiyini yazıb. Novruzov hədəflərinin çempionluq olduğunu, lakin buna nail olmadıqlarını bildirib.
Qeyd edək ki, Nurlan Novruzov "Lalitpur Siti"yə aprelin 16-da keçib. O, Nepal Super Liqasında 7 oyuna çıxıb və 2 qol vurub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər