"Avropa Millətlər Liqasının formatından xəbərim yoxdu. Onu bilirəm ki, bərabər səviyyəli qrupumuz var, Türkiyə ilə İsveç rəqibimizdi”.
Fanat.Az xəbər verir ki, bu "Sovetskiy sport”a müsahibəsində Rusiya yığmasının Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədov deyib. Ötən il "Lokomotiv”i "Spartak”a dəyişən oyunçu bu liqa haqda fikirləşmək istəmədiyini vurğulayıb: "Bilirsiz, indi Millətlər Liqası haqda fikirləşmək belə istəmirəm. Mənim üçün daha vacib olan "Spartak”a çıxış etdiyi turnirlərdə fayda verməkdi”.
Fanat.Az