Azərbaycanlı bombardir Avropada poker etdi

Azərbaycanlı bombardir Avropada poker etdi

Latviyanın Birinci Liqasında 15-ci turun oyunları başa çatıb.

Fanat.Az xəbər verir ki, Vüqar Əsgərovun komandası "Dauqavpils” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv öz meydanında "Balvu” ilə üz-üzə gəlib və 13 cavabsız qol vuraraq darmadağın reallaşdırıb.

 

"11-lik”də yer alan Vüqar 90 dəqiqə top qovub. Çempionatın bombardiri olan Əsgərov bu oyunda da sözünü deyib. Komandasının 13 qolundan 4-nü məhz Vüqar vurub. O, matçın 15, 25, 38 (pen.) və 46-cı dəqiqələrində rəqib qapısına yol tapıb. Nəticədə, millimizin sabiq forvardı cari mövsümdə vurduğu qolların sayını 22-yə çatdırıb.

 

"Dauqavpils” 15 turdan sonra 34 xalla 12 komanda arasında ikinci pillədə mövqe tutub.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər