Azərbaycanın U-21 millisi Şimali Makedoniya ilə üz-üzə

Azərbaycanın U-21 millisi Şimali Makedoniya ilə üz-üzə

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün hazırlıq prosesi çərçivəsində ikinci sınaq matçına çıxacaq. 

Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kolkektiv Şimali Makedoniyadan olan həmyaşıdları ilə qarşılaşacaq.

Oyunun start fiti Bakı vaxtı ilə 21:00-da səsləndiriləcək.

Qeyd edək ki, U-21 hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununda Moldovaya 2:0 hesabı ilə qalib gəlib. 

Yoxlama oyunu 22 mart

21:00. Azərbaycan (U-21) - Şimali Makedoniya (U-21)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər