Azərbaycan yığması Xorvatiyaya uduzdu

Azərbaycan yığması Xorvatiyaya uduzdu

Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, “Dalğa Arena”da keçirilmiş Azərbaycan - Xorvatiya oyunu 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimizin qolunu qarşılaşmanın 31-ci dəqiqəsində Nazlıcan Parlak vurub.

Bu komandalar arasında noyabrın 10-da keçirilmiş ilk oyun 0:0 hesabı ilə nəticələnmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər