Azərbaycan yığması Lüksemburqa uduzdu

Azərbaycan yığması Lüksemburqa uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub.

Fanat.Az xəbər verir ki, Miloş Velebitin baş məşqçi olduğu kollektiv 2-ci qrupdadakı sonuncu oyununda Lüksemburq yığması ilə qarşılaşıb.

Bolqarıstanın Albena şəhərindəki eyniadlı arenada oynanılan qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 7-ci dəqiqədə penaltidən Leon Elşan vurub.

Beləliklə, qrupda keçirdiyi bütün oyunları uduzan Azərbaycan milli komandası seçmə mərhələdə xal qazana bilməyib.

Qrupun digər matçında Türkiyə yığması səfərdə Bolqarıstanla heç-heçə edib - 1:1. Bu nəticələrdən sonra 5 xalı olan "ay-ulduzlular" qrup lideri, eyni xala malik Lüksemburq isə ikinci yerin sahibi kimi növbəti mərhələyə adlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər