Azərbaycan üzgüçüləri Xorvatiyada 27 medal qazandı

Azərbaycan üzgüçüləri Xorvatiyada 27 medal qazandı

Azərbaycanın üzgüçülük üzrə milli komandası 9-13 iyun tarixlərində “GOLDEN ORLANDO” adlı beynəlxalq turnirdən Vətənə 27 medalla dönüb.

Fanat.Az xəbər verir ki, 11 nəfər heyətlə Xorvatiyanın Dubrovnik şəhərinə yola düşən idmançılarımız yarışı 10 qızıl, 10 gümüş və 7 bürünc medalla tamamlayıblar.

Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə, turnirdən sonra millinin iki üzvü - Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah baş məşqçi Rəşad Əbdürəhmanovun rəhbərliyi altında Macarıstanın Györ şəhərində bu ölkənin yığması ilə birgə təlim-məşq toplanışına qatılacaq. Toplanış bitdikdən sonra hər iki idmançı iyunun 18-23-də Macarıstanda təşkil olunacaq dünya çempionatında iştirak edəcək.

Azərbaycan üzgüçüləri Xorvatiyada 27 medal qazandı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər