Azərbaycan Premyer Liqasının oyunlarına azarkeş buraxılacaq

Azərbaycan Premyer Liqasının oyunlarına azarkeş buraxılacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək.

"Report"un əldə etdiyi məlumata görə, tribunalara arenanın ümumi tutumununun 50 faizi qədər tərəfdar buraxılacaq.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla "Report"a açıqlamasında məlumatı təsdiqləyib: "Klublarımızın avrokuboklar çərçivəsində keçirdiyi ev oyunlarında olduğu kimi, Premyer Liqa qarşılaşmalarında da müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı COVID-19 pandemiyası ilə əlaqədar müvafiq qaydalara riayət olunması şərtilə matçları tribunadan izləyə bilər".

Qeyd edək ki, Azərbaycan çempionatında yeni mövsümə bu gün start veriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər