Azərbaycan Premyer Liqasının ən yaşlı və ən gənc baş məşqçiləri

Azərbaycan Premyer Liqasının ən yaşlı və ən gənc baş məşqçiləri

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən komandaların baş məşqçilərinin cari mövsüm üçün orta yaş həddini açıqlayıb.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, martın 1-nə olan nəticələrə əsasən, hazırda ölkə çempionatında bu göstərici 42,2 yaşdır.

Yüksək liqanın ən yaşlısı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov (49 yaş 343 gün), ən gənci isə "Sabah"a başçılıq edən rusiyalı Murad Musayevdir (38 yaş 132 gün).

Azərbaycan Premyer Liqası baş məşqçilərin orta yaş həddinə görə dünyada 126 çempionat arasında dördüncüdür. Premyer Liqa yalnız Finlandiyanın 1-ci (42 yaş) və 2-ci liqasından (41,8), həmçinin, ABŞ-ın Milli Futbol Liqasından (41,5 yaş) geri qalır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər