Azərbaycan Premyer Liqasının dünya və Avropa reytinqindəki mövqeyi bilindi

Azərbaycan Premyer Liqasının dünya və Avropa reytinqindəki mövqeyi bilindi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın və Avropanın ən yaxşı milli çempionatlarının illik reytinqini açıqlayıb.

Fanat.Az İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 80 liqanın olduğu dünyanın reytinq siyahısında Azərbaycan Premyer Liqası 41-ci pillədə yer alıb.

Aktivində 349.25 xal olan Azərbaycan çempionatı ötən reytinqlə müqayisədə 19 pillə irəliləyib.

Siyahıya Braziliya A seriyası başçılıq edir. Cənubi Amerika ölkəsinin yüksək liqası 1181 xala malikdir. İngiltərə Premyer Liqası (1086) ikinci, İspaniya La Liqası isə üçüncü (967.5) sırada qərarlaşıb.

Avropa ölkələrinin milli çempionatlarının reytinq siyahısında isə Azərbaycan Premyer Liqası 14 pillə irəliləyib. Azərbaycan çempionatı 349.25 xalla 21-ci yerdə qərarlaşıb.

45 çempionatın yer aldığı siyahıya İngiltərə Premyer Liqası (1086) başçılıq edir. İspaniya La Liqası (967.5) ikinci, Almaniya Bundesliqası (921.5) üçüncüdür.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər