Azərbaycan Premyer Liqasının açılış matçının yeri və vaxtı dəyişdirildi

Azərbaycan Premyer Liqasının açılış matçının yeri və vaxtı dəyişdirildi

Futbol üzrə Azərbaycan Premyer Liqasının I turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun vaxtı və məkanı dəyişib.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Araz-Naxçıvan”ın meydan sahibi olacağı görüş avqustun 4-də saat 20:00-da “Dalğa Arena”da başlayacaq.

Komandaların əvəzediciləri arasındakı qarşılaşma 1 gün sonra saat 17:00-da Binə qəsəbə stadionunda keçiriləcək.

Qeyd edək ki, daha əvvəl matçın avqustun 4-də saat 17:00-da Tovuz şəhər stadionunda olacağı açıqlanmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər