Azərbaycan Premyer Liqasında sonuncu turun proqramı bəlli oldu

Azərbaycan Premyer Liqasında sonuncu turun proqramı bəlli oldu

Azərbaycan Premyer Liqasının XXXVI turun oyun cədvəli açıqlanıb.

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

27 may (şənbə)

“Sumqayıt” – “Zirə”   “Kapital Bank Arena”, 17:30

“Qəbələ” – “Kəpəz” Qəbələ şəhər stadionu, 17:30

“Səbail” – “Şamaxı” “ASCO Arena”, 20:00

28 may (bazar)

 “Neftçi” – “Sabah”  “Bakcell Arena”, 17:00

“Qarabağ” – “Turan Tovuz” “Azersun Arena”, 19:30

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2022/23-cü illər mövsümünün çempionu “Qarabağ”, eləcə də, müvafiq olaraq 2-ci və 3-cü yerlərin sahibləri “Sabah”la “Neftçi” medallarını son turun oyunundan sonra “Azersun Arena”da təşkil olunacaq mükafatlandırma mərasimində alacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər