Azərbaycan Premyer Liqası ilk 3-lükdə

Azərbaycan Premyer Liqası ilk 3-lükdə

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) baş məşqçilərin orta iş müddətinə görə dünyanın ən yaxşı 90 liqasının siyahısını açıqlayıb.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqası 1 069 günlük göstərici ilə üçüncü pillədə qərarlaşıb. Ölkə çempionatı UEFA sıralamasında da eyni mövqedə yer alıb.

Birinci pilləni Şimali İrlandiya Premyer Liqası (1 563 gün), ikinci sıranı isə Uels Premyer Liqası (1 348) tutur.

Baş məşqçilərin istefasının ən çox gerçəkləşdiyi ölkələrdən biri Türkiyədir. Super Liqa 217 günlə dünya reytinqində 80-ci, Avropada isə 46-cı yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər