Azərbaycan kubu PSJ-nin sabiq oyunçusu ilə maraqlanır

Azərbaycan kubu PSJ-nin sabiq oyunçusu ilə maraqlanır

Rumıniyanın "Petrolul" klubunun yarımmüdafiəçisi Felipe Teyşeyra ilə Azərbaycan klublarından biri maraqlanır. Fanat.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, 34 yaşlı oyunçu ilə Cənubi Kiprin APOEL klubu, eləcə də Türkiyənin iki komandası maraqlanır. Teyşeyranı heyətində görmək istəyənlər arasında Azərbaycan və Yunanıstan təmsilçiləri də var. Bunu Portuqaliyanın gənclərdən ibarət komandalarında oynamış futbolçunun agenti bəyan edib.

Qeyd edək ki, Teyşeyra vaxtilə Fransanın PSJ, İngiltərənin "Vest Bromviç" və Ukraynanın "Metallurq" (Donetsk) klublarında oynayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər