Azərbaycan Kubokunda yeni mövsümün püşkü atıldı

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atıldı

Futbol üzrə Azərbaycan Kubokunda 2022/2023 mövsümünün püşkü atılıb. Fanat.Az xəbər verir ki, yeni mövsümdə turnirdə 14 komanda mübarizə aparacaq. 

Ötən çempionatda ilk iki yeri tutan “Qarabağ”la “Neftçi” kuboka 1/4 finaldan başlayacaq.

Premyer Liqanın digər 8 komandası və I divizionun 4 təmsilçisi ilk raunddan – 1/8 finaldan mübarizəyə start verəcək. İlk mərhələnin matçları noyabrın 22-23-də baş tutacaq. 

Qeyd edək ki, kubok yarışlarında 7+4 legioner limiti tətbiq olunacaq.   Azərbaycan kuboku 2022/23 mövsümü 1/8 final (22-23 noyabr 2022-ci il)

1. “Qəbələ” – “Araz-Naxçıvan” 2. “Səbail” - MOİK 3. “Şamaxı” – “Turan Tovuz” 4. “Sabah” – “Qaradağ Lökbatan” 5. “Kəpəz” – “Sumqayıt” 6. “Zirə” – “Mingəçevir”

1/4 final (8-9 və 19-20 dekabr 2022-ci il) 7. “Qarabağ” - 1-ci cütün qalibi 8. 2-ci cütün qalibi – 3-cü cütün qalibi 9. 4-cü cütün qalibi – 5-ci cütün qalibi 10. 6-cı cütün qalibi – “Neftçi”

1/2 final (19 və 27 aprel, 2023-cü il) 11. 7-ci cütün qalibi – 8-ci cütün qalibi 12. 9-cu cütün qalibi – 10-cu cütün qalibi   Final (3 iyun, 2023-cü il) 13. 11-ci cütün qalibi – 12-ci cütün qalibi

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər