Azərbaycan Kubokunun 1/8 final mərhələsinin təyinatları bəlli olub.
Fanat.Az xəbər verir ki, qarşılaşmaların ədalət təmsilçilərini AFFA-nın mətbuat xidməti açıqlayıb.
Sabah start götürəcək mərhələnin matçları iki günü əhatə edəcək. Premyer Liqa klubları “Turan Tovuz”la “Sabah”ın dueli İnqilab Məmmədova tapşırılıb. “Zirə” – “Şamaxı” qarşılaşmasında isə ədaləti Əliyar Ağayev qoruyacaq.
Azərbaycan Kuboku 1/8 final 3 dekabr
“Qaradağ Lökbatan” – “Səbail” Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Vüqar Həsənli VAR: Tural Qurbanov AVAR: Pərvin Talıbov Hakim-inspektor: Feyzulla Feyzullayev “ASCO Arena”. Saat 15:00
“Araz-Naxçıvan” – “Mingəçevir” Hakimlər: Əkbər Əhmədov, Müslüm Əliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov Hakim-inspektor: Vüsal Əliyev “Liv Bona Dea Arena”. Saat 16:00
“Turan Tovuz” – “Sabah” Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı VAR: Rəşad Əhmədov AVAR: Cəmil Quliyev Hakim-inspektor: Rövşən Əhmədov Tovuz şəhər stadionu. Saat 18:00
4 dekabr
“Qəbələ” – “Qarabağ” Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Kərim Zeynalov, Rəvan Həmzəzadə Hakim-inspektor: Munis Abdullayev Qəbələ şəhər stadionu. Saat 16:00
“Kəpəz” – “İmişli” Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Zöhrab Abbasov, Ruslan Quliyev VAR: İnqilab Məmmədov AVAR: Namik Hüseynov Hakim-inspektor: Əmrah İbrahimov Tovuz şəhər stadionu. Saat 16:00
“Neftçi” – “Difai” Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov Hakim-inspektor: Ramil Diniyev “Neftçi Arena”. Saat 18:00
“Zirə” – “Şamaxı” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov VAR: Fərid Hacıyev AVAR: Vüsal Məmmədov Hakim-inspektor: İmanxan Sultani Zirə İK stadionu. Saat 19:00
“Sumqayıt” – MOİK Hakimlər: Rauf Allahverdiyev, Asiman Əzizli, Teymur Teymurov, Kamran Əliyev Hakim-inspektor: Gülağa Cabarov Mehdi Hüseynzadə adına stadion. Saat 19:00