Azərbaycan - Kosovo matçının hakimləri açıqlandı

Azərbaycan - Kosovo matçının hakimləri açıqlandı
UEFA Millətlər Liqasının D divizionunda keçiriləcək Azərbaycan - Kosovo oyununa təyinatlar açıqlanıb. 
Fanat.Az xəbər verir ki, UEFA qarşılaşmanı Norveçdən olan hakimlər briqadasına tapşırıb.
Görüşü Ola Hobber Nilsen idarə edəcək. Ona Harald Qronevik və Oskar İsaksen yardım edəcək. Dördüncü hakim funksiyasını Simon Ytterland yerinə yetirəcək. Espen Andreas Eskas və Tom Harald Hagen əlavə köməkçi hakimlər olacaq.
Hkimlərin işinə portuqaliyalı hakim-inspektor Lusilio Kardozo Kortez Batista qiymət verəcək. Hollandiyalı Martin Sturkenboom matçın UEFA nümayəndəsi olacaq. 
Qeyd edək ki, senytabrın 7-də keçiriləcək Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo matçı saat 20.00-da başlayacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər