Azərbaycan klubu ukraynalı futbolçu transfer etdi

Azərbaycan klubu ukraynalı futbolçu transfer etdi
Türkiyədə təlim-məşq toplanışında olan "Sabah” daha bir futbolçunu heyətinə qatıb. 
Fanat.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Vitali Kvaşuk yeni mövsümdən Premyer Liqanın debütantının formasını geyinəcək.
Ukraynalı yarımmüdafiəçi "Sabah”la münasibətləri artıq rəsmiləşdirib. 25 yaşlı oyunçu yeni komandası ilə 3 illik müqavilə bağlayıb. O, paytaxt klubunda 7 nömrəli formanı geyinəcək.
Kiyev "Dinamo”sunun yetirməsi olan Kvaşuk karyerası ərzində Ukraynanın "Metallurq 2” (Donetsk), "Zarya 2” (Luqansk), "Olimpik” (Donetsk), Belarusun "Torpedo” (Jodino), "Vitebsk” və "Neman Qrodno” klublarında çıxış edib. Onun son komandası "Neman Qrodno” olub.
Qeyd edək ki, "Sabah” buna qədər Yosip Baliç, Filip İvanoviç və Saşa Stamenkoviç kimi əcnəbi futbolçularla anlaşmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər