Azərbaycan hakimləri Avroliqanın oyunlarını idarə edəcək

Azərbaycan hakimləri Avroliqanın oyunlarını idarə edəcək
Azərbaycan hakimləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıb. 
Fanat.Az xəbər verir ki, təmsilçilərimiz iyulun 19-da keçiriləcək qarşılaşmalarda ədaləti qoruyacaq.
Ömər Paşayev Monteneqroda yerli OFK və "B36 Torshavn” (Farer adaları) arasında görüşü idarə edəcək. Ona Namiq Hüseynov, Mübariz Haşımov və Əliyar Ağayev kömək edəcək. 
"Zarya” (Moldova) – "Qurnik” (Polşa) matçında isə Rəhim Həsənov fit çalacaq. Onun köməkçiləri Yaşar Abbasovla Akif Əmirəli, dördüncü hakim isə Rauf Cabbarov olacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər