Azərbaycan əsilli futbolçu İrandakı vəziyyətə görə DÇ-2022-yə getməyəcək

Azərbaycan əsilli futbolçu İrandakı vəziyyətə görə DÇ-2022-yə getməyəcək

İran millisinin Azərbaycan əsilli sabiq hücumçusu Əli Daei dünya çempionatı üçün Qətərə getməyəcək.

Fanat.Az xəbər verir ki, məlumatı 53 yaşlı veteran futbolçu öz "İnstaqram" hesabı üzərindən yayıb: 

"Çoxumuzun özünü yaxşı hiss etmədiyi bu günlərdə ölkəmdə sizinlə birlikdə olmaq üçün həyat yoldaşım və qızlarımla mundialda iştiraka yox dedim. Yaxınlarını itirən ailələrə başsağlığı verirəm. İran və iranlılar üçün aydınlıq günlər ümidi ilə". 

Niderland yığmasının əfsanəvi futbolçusu Klarens Zeedorf Əli Daeini xalqının mənəvi lideri adlandırıb. O Daeinin paylaşımına belə rəy yazıb: "Cəsarətinizə, xeyirxahlığınıza və liderliyinizə heyranam. Ən qısa zamanda sülh arzulayıram. Sizi, ailənizi və İrandakı bütün bacı-qardaşları çox sevirəm".

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər