Azərbaycan çempionu UEFA Region Kubokunda son oyununda da uduzdu

Azərbaycan çempionu UEFA Region Kubokunda son oyununda da uduzdu
Azərbaycanın "Uğur” komandası UEFA Region Kubokunda sonuncu oyununu keçirib.
Fanat.Az xəbər verir ki, qitə miqyaslı yarışa AFFA-nın təşkil etdiyi Region Liqasının qalibi kimi qatılan Sumqayıt təmsilçisi qrup mərhələsinin III turunda Finlandiyanın "Qərb Rayon Komandası" ilə üz-üzə gəlib. 
Qarşılaşma "Uğur"un 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Azərbaycan təmsilçisinin yeganə qolunu Ümid Paşayev vurub. Bu nəticədən sonra Qəzənfər Abbasovun baş məşqçi olduğu kollektiv qrupu xalsız başa vurub.
Qeyd edək ki,"Uğur" I turda Ukrayna "Lvov Region”una 0:4, II turda isə İspaniya "Kastilya-i-Leon”una 0:2 hesabı ilə uduzub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər