Azərbaycan çempionu Region Kubokunda yenə uduzdu

Azərbaycan çempionu Region Kubokunda yenə uduzdu
Azərbaycanın "Uğur” komandası UEFA Region Kubokunda ikinci oyununu keçirib.
Fanat.Az xəbər verir ki, qitə miqyaslı yarışa AFFA-nın təşkil etdiyi Region Liqasının qalibi kimi qatılan Sumqayıt təmsilçisi qrup mərhələsinin II turunda İspaniyanın "Kastilya-i-Leon” komandasına uduzub - 0:2.
Qeyd edək ki, VI qrupda yer alan "Uğur” ilk turda Ukraynanın "Lvov Region” kollektivinə 0:4 hesabı ilə məğlub olub. Sumqayıtlılar oktyabrın 8-də sonuncu tur çərçivəsində Finlandiyanın "Qərb Rayon Komandası" ilə üz-üzə gələcək. Bu qrupun oyunları Lvovda keçirilir. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər