Azərbaycan çempionatında yenilik: 5 əvəzetməyə icazə verildi

Azərbaycan çempionatında yenilik: 5 əvəzetməyə icazə verildi
I divizionun 2018/19 mövsümündə əvəzetmələrin sayı artırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev mövsümün püşkatma mərasimində məlumat verib.
Belə ki, oyunlarda 5 əvəzetməyə icazə veriləcək: "Limitə dəyişiklik etdik, 1998-ci il təvəllüdlü futbolçulara üstünlük veriləcək. Düzdür, ola bilər ki, ilk mövsümdə çempionatın səviyyəsi ürəyimizcə olmasın. Amma ikinci ildə hər şey yoluna qoyulacaq. Yarış 2 dövrədən ibarət olacaq və 5 əvəzetməyə icazə veriləcək. Bunlar sırf yerli oyunçuların iştirakı naminədi".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər