Azərbaycan çempionatında nadir hadisə baş verib

Azərbaycan çempionatında nadir hadisə baş verib

Futbol üzrə Misli Premyer Liqasının III turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub.

Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Sabah” – “Neftçi” matçında bir komandanın qapısına üç penalti zərbəsi təyin edilib.

Meydan sahibləri bu üç imkanın ikisindən yararlanıb.

Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 17 il əvvəl yaşanıb. 2005/2006 mövsümünün “Gənclərbirliyi” – “Şahdağ” görüşündə də qonaqlar cəzalanıb.

2005-ci il dekabrın 10-da keçirilmiş görüşdə hər üç penaltini Pathe Banqura yerinə yetirib. Sumqayıt təmsilçisinin hücumçusu bu imkanlardan ikisindən istifadə edib. Həmin qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Sabah" "Neftçi"yə 2:1 hesabı ilə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər