Azərbaycan çempionatında ilk gün - Nəticələr

Azərbaycan çempionatında ilk gün - Nəticələr

Kişi boksçular arasında Azərbaycan çempionatına start verilib.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, 38 komandanın 146 idmançısının qatıldığı yarışın ilk günündə 17 döyüş baş tutub.

54, 71, 75 və 80 kq çəki dərəcələrində ilkin qarşılaşmalar olub və növbəti mərhələyə vəsiqə qazanan idmançıların adlarına aydınlıq gəlib.

Yığma üzvlərindən Ruslan Qədirov, Sərxan Əliyev və Murad Allahverdiyev ilk döyüşündə qələbə qazanıblar. Həmçinin Niyaməddin Allahverdiyevlə Kamran Şahsuvarlı da rəqiblərini məğlub ediblər.

Qeyd edək ki, ölkə çempionatına oktyabrın 25-də yekun vurulacaq. Boks Mərkəzində keçirilən yarışın ikinci gününün döyüşləri saat 14:00-da başlayacaq.

Azərbaycan çempionatı 54 kq 1/16 final Ruslan Qədirov (MOİK) – Qoşqar Səfərli (“Neftçi” İK) – ikinci döyüşə gəlməyib Hüseyn Balakişiyev (Şirvan) – Elgün Babayev (METE) – birinci döyüşdən imtina edib

71 kq 1/8 final Sərxan Əliyev (MOİK) – Bəxtiyar Heydərov (DİN İK) – ikinci döyüşə gəlməyib Səməd Həsənzadə (Sabirabad) – Seyidağa Nağıyev (“Qara papaq” İK) – ikinci döyüşə gəlməyib İbrahim Xəlilov (Sumqayıt) – Nicat Qurbanov (Gəncə) – 0:5 Rəşid Həsənov (BFL) – Elmar Nərimanov (AzTU) – ikinci döyüşə gəlməyib Ruslan Rəhimov (“Qızıl əlcək” İK) – Hüseyn Mustafazadə (“Naxçıvan” K) – 0:5 Elşad Poladov (Şirvan) – Tural Qaraşov (“Neftçi” İK) – birinci döyüşdən imtina edib Xanbala Qurbanov (“Kur” İK) – Niyaməddin Allahverdiyev (“Zabit” İK) – 0:5

75 kq 1/16 final Qəşəm Məmmədov (“Sərhədçi”) – Ayxan İsmayılov (“Qara papaq” İK) – 5:0 Rəhim Məmmədov (Cəlilabad) – Rasim Çobanlı (MOİK) – ikinci tam üstünlüklə qalib gəlib Tələt Qafarzadə (“Qara papaq” İK) – Amin Kuşkov (DGK İK) – ikinci nokautla qalib gəlib

80 kq 1/8 final Murad Allahverdiyev (DİN İK) – Elmir Süleymanov (BFL) – 5:0 Babək Xanlarov (Abşeron) – Cəbrayıl Yelikov (DGK İK) – birinci döyüşə gəlməyib Sərxan Budaqov (“Qızıl əlcək” İK) – Seyfəli Yusifzadə (AzTU) – birinci tam üstünlüklə qalib gəlib Cabbar İsmayılov (Sumqayıt) – Elşad Şahbazov (“Sərhədçi”) – 0:5 Elmar Abdullayev (“Səbail” İK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – 0:5

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər