Azərbaycan çempionatında 50 komanda iştirak edəcək

Azərbaycan çempionatında 50 komanda iştirak edəcək

Fevralın 11-də gənclər arasında boks üzrə Azərbaycan birinciliyi start götürəcək.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 50 komandanın 176 oğlan boksçusu qatılacaq. İlk yarış günündə döyüşlər saat 15:00-da, digər 5 gündə saat 14:00-da başlanacaq. Qaliblərin adına isə fevralın 16-da aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin baş hakimi Etibar Alıyev olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər