Kişi boksçular arasında Azərbaycan çempionatında 2-ci günün döyüşləri başa çatıb.
Federasiyadan Fanat.Az-a verilən məlumata görə, 38 komandanın qatıldığı yarışda daha 19 qarşılaşma keçirilib.
67 kq-da 1/8 finala, 54, 60 və 86 kq çəki dərəcələrində isə 1/4 finala yüksələn boksçular müəyyənləşib. Mərhələ adlayanlar sırasında Avropa çempionatının finalçısı Ruslan Qədirov da yer alıb.
Oktyabrın 20-də daha 17 görüş olacaq. Boks Mərkəzində keçirilən döyüşlər saat 14:00-da başlanacaq.
Qeyd edək ki, yarışın qalibləri oktyabrın 25-də bəlli olacaq.
Azərbaycan çempionatı II günün nəticələri 1/16 final 67 kq Elməddin Camaləddinov (Sabirabad) – Əlyar İbrahimov (Gəncə) – ikinci nokautla qalib gəlib Məhəmməd Novruzov (Mingəçevir) – Şəmsi Şahbazov (MOİK) – 0:5 Taleh Qasımoğlu (Z-1) – Turan Quluzadə (“Qızıl əlcək” İK) – 5:0 Şamil Həbibov (DİN İK) – Ceyhun Məmmədov (Qusar) – birinci tam üstünlüklə qalib gəlib Namiq Rüstəmov (FHN İK) – Pərviz Quliyev (Ağcabədi) – ikinci tam üstünlüklə qalib gəlib
1/8 final 54 kq Möhsün Həsənzadə (Naxçıvan MR) – Nəbi Abduləzimov (“Səbail” İK) – 5:0 Elşən Qəribov (Quba) – Orxan Əlirzayev (DGK İK) – birinci tam üstünlüklə qalib gəlib Namiq Yarəliyev (Qəbələ) – Nicat Abıdov (FHN İK) – 5:0 Ramazan Babayev (DİN İK) – İsa Gəncəliyev (“Qəbələ” İK) – 0:5 Nicat Abdullayev (“Qızıl əlcək” İK) – Vüqar Talıblı (Zaqatala) – 5:0 Əhməd Əhmədov (“Neftçi” İK) – Vüsal İsazadə (DİN İK) – 5:0 Əli Hüseynov (“Neftçi” İK) – Camal Səfərli (Masallı) – 2:3 Ruslan Qədirov (MOİK) – Elgün Babayev (METE) – 5:0
60 kq Şamil Əsgərov (“Neftçi” İK) – Sərxan Əhmədov (MOİK) – 5:0 Samir Əsədli (“Səbail” İK) – Ramiz Məmmədov (“Neftçi” İK) – birinci diskvalifikasiya olunub Miradam İbrahimov (Biləsuvar) – Məhəmmədəli Əliyev (Cəlilabad) – ikinci döyüşə gəlməyib
86 kq Abdulla Abdullayev (DGK İK) – Vaqif Bəşirov (Şirvan) – birinci döyüşə gəlməyib Tural Useynov (“Səbail” İK) – Araz Sultanzadə (“Qara papaq” İK) – birinci tam üstünlüklə qalib gəlib Elcan Əlikişiyev (“Sərhədçi”) – Məhəmməd Yusifov (Balakən) – 0:5