Azərbaycan çempionatı: Beş çəkidə yarımfinalçılar müəyyənləşdi

Azərbaycan çempionatı: Beş çəkidə yarımfinalçılar müəyyənləşdi

Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. 38 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil olunun yarışda bu gün 1/4 final mərhələsinə start verilib.

Azərbaycan Boks Federasiyasından Fanat.Az-a verilən məlumata görə, baş tutan 20 döyüşün nəticəsinə əsasən, 5 çəki dərəcəsi üzrə yarımfinalçılar bəlli olub.

Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Yığma üzvlərindən Ümid Rüstəmov, Maqsud Xasmetov, Nəbi İsgəndərov, Sərxan Əliyev, Mirşərif Kazımzadə və Eldar Quliyev 1/4 final mərhələsini uğurla adlayıblar.

Qeyd edək ki, bu mərhələnin döyüşlərinə sabah yekun vurulacaq. Görüşlər saat 14:00-da başlanacaq.

Azərbaycan çempionatı IV günün nəticələri

1/4 final mərhələsi

57 kq Ümid Rüstəmov (DİN İK) – Nadir Əhmədov (“Qızıl əlcək” İK) – 5:0 Hüseyn Əliyev (“Səbail” İK) – Rasim İbrahimov – ikinci diskvalifikasiya olunub Maqsud Xasmetov (“Neftçi” İK) – Vüsal Kazımov (“Sərhədçi”) – 5:0 Rüfət Qənizadə (Sabirabad) – Əzrək Bəbirov (BFL) – birinci döyüşə gəlməyib

67 kq Nəbi İsgəndərov (“Neftçi” İK) – Kənan Qasımlı (“Sərhədçi”) – 5:0 Fariz Süleymanov (DGK İK) – İbrahim Hüseynov (Abşeron) – 5:0 İlqar Salahov (DGK İK) – Pərvin Heydərov (“Qızıl əlcək” İK) – 3:2 Şəmsi Şahbazov (MOİK) – Pərviz Quliyev (Ağcabədi) – ikinci döyüşə gəlməyib

71 kq Nofər Əlizadə (Naxçıvan MR) – Sərxan Əliyev (MOİK) – 0:5 Səməd Həsənzadə (Sabirabad) – Nicat Qurbanov (Gəncə) – 0:5 Rəşid Həsənov (BFL) – Hüseyn Mustafazadə (“Naxçıvan” İK) – 5:0 Tural Qaraşov (“Neftçi” İK) – Niyaməddin Allahverdiyev (“Zabit” İK) – 0:5

75 kq Mirşərif Kazımzadə (“Neftçi” İK) – Ənvər Babayev (UGİM-1) – ikinci döyüşə gəlməyib İsmayıl Hüseynov (BFL) – Böyükağa Qasımov (“Qara papaq” İK) – ikinci döyüşə gəlməyib Türkeş Mustafayev (BFL) – Səbuhi Abışov (MOİK) – 0:5 Rahim Əliyev (“Qızıl əlcək” İK) – Amin Kuşkov (DGK İK) – birinci döyüşə gəlməyib

86 kq Surət Qarayev (“Neftçi” İK) – Çələbi Çələbili (Ağdaş) – birinci tam üstünlüklə qalib gəlib İbrahim İsmayılov (Z-1) – Emin Kərimli (Biləsuvar) – birinci tam üstünlüklə qalib gəlib Eldar Quliyev (“Neftçi” İK) – Vaqif Bəşirov (Şirvan) – ikinci döyüşə gəlməyib Tural Useynov (“Səbail” İK) – Məhəmməd Yusifov (Balakən) – 4:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər