Azərbaycan boksçuları Bolqarıstanda 4 medal qazandılar

Azərbaycan boksçuları Bolqarıstanda 4 medal qazandılar

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə keçirilən beynəlxalq “Strandja” turnirinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisi yarışı 2 gümüş və 2 bürünc medalla başa vurub.

Yığmamızın heyətində Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) ikinci yeri tutublar. Nicat Hüseynovla (51 kq) Nəbi İsgəndərov (67 kq) isə turniri bürünc medalla başa vurublar.

Millimiz bu göstərici ilə komanda hesabında 5-ci yeri tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər