Azərbaycan - Belarus oyunundan öncə Çingiz İsmayılovun xatirəsi yad ediləcək

Azərbaycan - Belarus oyunundan öncə Çingiz İsmayılovun xatirəsi yad ediləcək

Azərbaycan milli komandasının Belarus yığması ilə bu gün “Bank Respublika Arena”da keçirəcəyi yoxlama görüşündən əvvəl AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın mətbuat xidməti yayıb.

Sükut zamanı mərhumun şəkli stadiondakı tabloda əks olunacaq.

Qeyd edək ki, oyun saat 21:45-də başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər