Azərbaycan ağırlıqqaldıranı Avropa üçüncüsü oldu

Azərbaycan ağırlıqqaldıranı Avropa üçüncüsü oldu

Azərbaycan ağırlıqqaldıranı Yunis Bayramov Moldovanın paytaxtı Kişinyovda keçirilən yeniyetmələr arasında Avropa çempionatında gümüş medal qazanıb.

Fanat.Az xəbər verir ki, yaşı 15-ə qədər olan oğlanlar arasında 67 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 99 kq-ı ram edib və bu hərəkətdə yarışın bürünc mükafatçısı olub.

Təkanla qaldırmada 112 kq-ın öhdəsindən gələn atlet həm bu hərəkətdə, həm də yekun sıralamada 211 kq (99+112) nəticə ilə 4-cü yeri tutub.

Yunisdən əvvəl Turan Əliyev (67 kq) yaşı 17-yə qədər olan oğlanlar arasında Avropa üçüncüsü olub. Atletimiz birdən qaldırma hərəkətində 114 kq nəticə göstərib və bu hərəkətdə 4-cü yeri tutub. Turan təkanla qaldırma hərəkətində 136 kq-ı ram edib və bu hərəkətdə də 4-cü olub. Toplam 250 kq (114+136) nəticə göstərən Əliyev yekun sıralamada bürünc medal qazanaraq fəxri kürsüyə yüksəlməyi bacarıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər