Ayxan Abbasov: "Uğur olanda yazmırdılar, indi yazırlar"

Ayxan Abbasov: "Uğur olanda yazmırdılar, indi yazırlar"
"Gərgin, maraqlı oyun alındı. Bilirdik ki, qış fasiləsindən sonra "Kəpəz” heç kimə asan məğlub olmayıb. Hətta son dəqiqələrdə buraxdıqları qollara baxmayaraq da, layiqli oynayıblar". Fanat.Az xəbər verir ki, bu sözləri "Kəpəz"lə 0:0 hesabı ilə yekunlaşan oyundan sonra "Zirə"nin baş məşqçisi Ayxan Abbasov deyib.
Baş məşqçi ardıcıl 7 oyunda qələbə qazana bilməyən komandasından razı qalıb: Təəssüf ki, 3-4 real qol şansımız olsa da, bunu bacarmadıq. Bütün hallarda uşaqlar əzmkar futbol sərgilədi və yetirmələrimdən razı qaldığımı deyə bilərəm".
Ayxan Abbasov rəhbərliyin ondan narazı olması ilə bağlı xəbərlərə münasibət bildirib: "Mətbuatın işi yazmaqdı. Rəhbərliyin qələbəsizlik seriyasından məmnun olduğunu deyə bilmərəm. Ancaq rəhbərliklə görüşümüz olub və arxamızda dayandıqlarını bildiriblər. Uğur olanda yazmırdılar, indi yazırlar. Bunun da səbəblərini bilirəm. Bu komanda mənə doğmadı və hamıdan çox uğur qazanmağımızı mən istəyirəm".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər