Ayxan Abbasov: "Qələbə bizim üçün önəmli idi"

Ayxan Abbasov: "Qələbə bizim üçün önəmli idi"

"Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

 

 

Fanat.Az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

"Çempionatın son oyununu qələbə ilə başa vurmağımız bizi bir pillə yuxarı qaldıracaqdı. Bu baxımdan, qalibiyyət bizim üçün önəmli idi. Hava şəraitini də nəzərə alsaq, ilk yarıda bizə çətin oldu. Amma uşaqlar sonadək mübarizə apardılar. Qalib gələrək çempionatı istədiyimiz kimi başa vurduq. Hər kəsi təbrik edirəm. Cəmi bir oyunumuz qalıb. Yenə rəqib "Qəbələ"di. Bizi həqiqətən də çətin oyun gözləyir. Çünki təcrübəli komandaya qarşı oynayacağıq. Bu, mövsümün ən vacib oyunu olacaq".

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər