Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov sabah yaxşı təşkilatlanmış rəqibə qarşı oynayacağını deyib. Fanat.Az xəbər verir ki, bunu Ayxan Abbasov mətbuat konfransında səsləndirib. O, Millətlər Liqasına qələbə ilə başlamağın vacibliyini bildirib: “Bura Tacikistana qarşı yoxlama oyunundan sonra gəlmişik. Litva ilə matça yaxşı hazırlaşmışıq. Meydana müsbət nəticə qazanmaq üçün çıxacağıq”. O, rəqibi dəyərləndirib: “Güclü komandaya qarşı oynayacağıq. Litva ilk matçda qələbə qazanıb. Rəqibin Avropa klublarında oynayan futbolçuları çoxdur. Uzun müddətdir eyni heyətlə çıxış edirlər. Amma futbolçulara lazımi tapşırıqlar verilib. İnşallah, düşündüklərimizi meydanda icra edib lazımi nəticəni qazanarıq”. Qeyd edək ki, Litva – Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.
Ayxan Abbasov Litvaya qarşı matçdan əvvəl nə danışdı?
TREND
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Dünya futbolu
23:46
15.10.2026
Azərbaycan millisi Türkiyənin təşkil edəcəyi turnirdə mübarizə aparacaq?
Milli
12:21
15.10.2026
DÇ: Azərbaycan millisi Slovakiya ilə üz-üzə
Milli
15:32
14.10.2026
Azərbaycan millisinin Çexiya ilə oyun üçün heyəti açıqlandı
Milli
10:33
14.10.2026
DÇ: U-23 millimiz mundialda BƏƏ ilə qarşılaşır